26 mart 2010 00:06
Türkiyədə UEFA kubokunun daha bir sahibini həbsə atdılar (FOTO)
Qalatasarayın və Türkiyə yığmasının daha bir futbolçusu həbs edilib. Azerisport.az xəbər verir ki, Türkiyə mətbuatı Fatih Akyelin də qardaş ölkədə oyun alqı-satqısı və matçların nəticələrinin əvvəlcədən müəyyənləşdirildiyi ilə aparılan istintaq nəticəsində göz altına alınıb.
Xatırladaq ki, Akyel Qalatasarayın heyətində UEFA Kuboku və Supekubokunu qazanıb. Daha bir məşhur futbolçu, bir müddət əvvəl həbs edilən Arif Ərdəm isə artıq sərbəst buraxılıb.
