26 mart 2010 00:17
FİFA referisi birinci divizionda
Fariz Yusifov birinci divizion oyununa təyinat alıb. Azerisport.az xəbər verir ki, FİFA referisi İnter – Xəzər Lənkəran oyununda buraxdığı səhvlər üzündən cəzalandırılıb və bu həftə Bakılı – Energetik görüşünü idarə edəcək. Məlumatı PFL-in rəsmi saytı yayıb.
