27 mart 2010 01:01

Fizika və psixologiya

Bu gün 4 oyunla “Unibank” Premyer Liqasında 25-ci tura start verilir. Azerisport.az matçların anonsunu təqdim edir.

Şübhəsiz, sabah bütün gözlər Lənkərana dikiləcək. Televiziyanın “əvəzolunmaz xidmətləri” sayəsində Azərbaycan azarkeşi Xəzər Lənkəran – Neftçi oyununun nəticəsini internetdən və dost-tanışdan öyrənməli olacaq. Amma nə bu amil, nə də Neftçi ilə müqayisədə lənkəranlıların daha yaxşı formada olması Böyük oyunun əhəmiyyətini kölgə altına sala bilməz. Belə matçlarda favorit olmur. Burada hər şeyi fiziki gücdən çox baş həll edir. Psixologiya.

XL üçün bu qarşılaşma olduqca vacibdir. Ötən tur çempionluq uğrunda ən real rəqibi İnterə məğlubiyyətdən sonra mövqeyini əldən verən Ağasəlim Mircavadovun yetirmələri “bir güllə ilə iki dovşan vurmaq” istəyir: Neftçi üzərində qələbə ilə şərikli də olsa, liderliyi qaytarmaq. Bundan gözəl nə ola bilər? Özü də İnterin Quzanlıda – Qarabağla görüşdə məğlub olması istisna deyil.

Neftçi üçün matçın əhəmiyyəti heç də az deyil. Xüsusilə, Bakı üzərində qələbədən sonra Arif Əsədov və komandası mövqeyini yaxşılaşdırmaq, çempionluq mübarizəsinə qoşulmaq istəyir. Bunun üçün Neftçi qələbə qazanmalı və İnterin Qarabağa yenilməsini gözləməlidir. Onda vəziyyət bir qədər mürəkkəbləşəcək və qızıl medallara namizədlərin sayı yenidən artacaq.

O başqa məsələ ki, bu gün ağdamlılar İnterə müqavimət göstərmək gücündədirmi? Son turlar göstərir ki, bədbinlik üçün əsas var və ardıcıl 3 məğlubiyyət təsirsiz ötüşməyə bilməz. Digər tərəfdən, bəlkə də elə bu uğursuzluqlar yenidən Qarabağı toparlanmağa və real gücünü göstərməyə məcbur edəcək. Amma "fizika" çətin ki, buna imkab versin.

İnter nisbətən rahatdır. Məğlubiyyət belə komandanı öz yerindən tərpətmir və bankirlər ən azı bir həftəlik də olsa, yenə liderliyini qoruyur. Sadəcə, XL və Bakı kimi təhlükəli rəqiblər var. Onlar çətin ki, Kaxaber Çxadadzeyə rahat yatmaq imkanı versin.

Bülənt Qorxmazın gedişindən sonra paytaxtlıların vəziyyəti bir qədər mürəkkəb görünür. Müvəqqəti çalışdırıcı Məqsəd Yaqubəliyevlə sevinmək istəyən Bakı çempion olmaq arzularını dəfn etmək istəmirsə, Qəbələni bu tur mütləq məğlub etməlidir. Təbii, əgər gücü çatsa. Qəbələlilər indi yaxşı forma yığıblar və ötən tur Qarabağı asanlıqla məğlub ediblər...

Bir sözlə, bu tur çempionluğa namizədlərin sayı ya beşə qalxacaq, ya da əvvəlki tək ikidə qalacaq. Hər şey matçların nəticələrindən asılıdır.

İkinci “altılığ”a gəlincə, hesabat turunda Muğan Standardı, Turan Simurqu, Olimpik-Şüvəlan isə Karvanı qəbul edəcək.

 

“Unibank” Premyer Liqası, 25-ci tur

27 mart, şənbə

16.00. Qarabağ – İnter
16.00. Muğan – Standard
16.00. Turan – Simurq
18.00. XL – Neftçi

28 mart, bazar

16.00. Bakı – Qəbələ
16.00. OŞ – Karvan

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.