27 mart 2010 01:11
Kovalyov: növbəti quru oyun?
Azərbaycanlı qapıçı Vitali Kovalyovun çıxış etdiyi Kartalspor bu gün Türkiyə Bank Asya 1-ci liqa çərçivəsində 28-ci turun oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Rizədə baş tutacaq Çaykur Rizəsporla görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, son iki turda start heyətində yer alan və qapısından qol buraxmayan Vitali Kovalyovun bu dəfə də ilk dəqiqələrdən “çərçivə”də olacağı gözlənilir.
