27 mart 2010 01:16
Həmyerlimiz qələbə dalınca yollandı
Həmyerlimiz Vitali Kovalyovun çıxış etdiyi Kartalsporun baş məşqçisi Kadri Özcan klubun rəsmi saytına açıqlamasında bildirib ki, Rizəyə 3 xal dalınca yollanırlar.
“Səfərdə nəticələrimiz o qədər də yaxşı olmasa da, Karşıyaka üzərində qələbə ilə bu sindromu qırdıq. Çaykur Rizəspor qərarlaşdığı 14-cü yer sizi çaşdırmasın; bu komanda çox güclüdür. Bununla belə, məqsədimiz qələbə qazanmaq olacaq. Mövsümün sonunda daha yaxşı nəticələr əldə etməklə, çempionatı hədəflədiyimiz yerdə bitirmək istəyirik” – azerisport.az xəbər verir ki, Özcan belə deyib.
