27 mart 2010 15:59
Azərbaycan – Çexiya 0:5 (YENİLƏNDİ)
Bu gün qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Çexiya milliləri qarşılaşdılar. Azerisport.az xəbər verir ki, matç Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi.
Qonaqlar komandamızı böyükhesablı məğlubiyyətə uğradıblar. 10-cu dəqiqədə Nepokoeva hesabı açıb. 11 dəqiqə sonra Divişova ikinci dəfə komandamızı mərkəzdən başlamağa məcbur edib. 43-cü dəqiqədə isə Gerokolova çexlərin üçüncü qolunu vurub. Daha 11 dəqiqə keçmiş qızlarımız qapılarında daha bir top görüblər. Bu dəfə Mokova fərqlənib. Nəhayət, 88-ci dəqiqədə Kruzova yekun nəticəni müəyyənləşdirib - 0:5.
