27 mart 2010 20:05
Qolsuz və qalmaqallı Böyük oyun (YENİLƏNDİ)
Bu gün “Unibank” Premyer Liqasının 25-ci turunun oyunlarına start verilib. Azerisport.az hadisələrin gedişini sizin nəzərinizə çatdırır.
XL – Neftçi 0:0
Dolu tribunalar önündə özünü itirməyən Neftçi ilk dəqiqələrdən hücumlara keçib. Bununla belə, XL qapısı qarşısında ciddi təhlükə yaranmayıb. Oyunun gedişini bu dəqiqələrdən bərabərləşdirən meydan sahibləri Emeka Opara ilə hesabı açsalar da, referi Əfqan Həmzəyev ötürmə zamanı topun xətti keçdiyini önə çəkərək, qolu hesaba almayıb.
Görüşün gedişində Lənkəranda yağan yağış bir qədər güclənib və bu, futbolçulara müəyyən qədər problemlər yaradıb. Hazırda Böyük oyunda fasilədir.
Möhtəşəm matçın ikinci hissəsi gedir. Gərgin mübarizə ilə yanaşı, güclü yağış da futbolçuları rahat buraxmır. Fasilədən sonra yalnız XL-in hücumçusu İvan Çvetkovun zərbəsi təhlükəli olub. Maraqlıdır ki, 65-ci dəqiqədə lənkəranlılar ikinci dəfə Neftçinin qapısından top keçirə biliblər. Amma bu dəfə Həmzəyev qolu hesaba almayıb. Bu dəfə o, hücumlardan birinin Rail Məlikova qarşı kobud oynadığına işarə verib. Hakimin bu qərarında da narazı qalan fanatlar çılğınlığı ilə seçilir.
Hər iki tərəf hücum qurmağa çalışır, rəqibi gərginlikdə saxlayır. Amma belə oyunların bəzəyi ola biləcək qol yoxdur. Hələ ki...
Qol yoxdur, amma qalmaqal var. Matçın gedişində azarkeş meydançaya çıxıb baş hakim Əfqan Həmzəyevə zərbə endirdi. Böyük oyunda hər şey olur!..
Bu dəqiqələrdə Lənkəranda inanılmaz gərginlik var. Hücumların birində top Ruslan Abışovun əlinə dəydi. Meydan sahibləri penalti tələb etdilər, lakin Həmzəyev davam qərarı verdi. İşə azarkeşlər qarışdılar. Artıq hakimlər tərəfə kənar əşyalar və plastik oturacaqlar atılır.
Matç başa çatdı. Böyük oyun qolsuz bitdi.
Qarabağ – İnter 1:1
Görünür, Qarabağın böhranı uzun çəkəcək. Hər halda, birinci hissəni İnter hesabda üstün tamamladı. Samir Abbasovun 30 metrdən endirdiyi zərbə Fərhad Vəliyev üçün götürülməz oldu.
Son saniyələrə qədər cəhdlər edən Qarabağ, nəhayət, 90-cı dəqiqədə məğlubiyyətdə qaçıb - Aslan Kərimov fərqlənib və matç 1:1 hesabı ilə nəticələnib.
Muğan – Standard 1:0
Salyanlılar 35-ci dəqiqədə hesabı açıblar. Oyunda ikinci dəfə qapıçı ilə təkbətək çıxan Vadim Kriçmar fərqlənə bilib - 1:0.
İkinci hissədə hesab dəyişməyib və Muğan qələbəni rəsmiləşdirib.
Turan – Simurq 0:0
Tovuzda bərabər və darıxıdırıcı oyun getdi. Hesab açılmadı.
Turnir vəziyyəti
Birinci "altılıq": İnter - 22 xal (13 oyun), XL - 19 (13), Qarabağ, Neftçi - 16 (13), Bakı - 15 (12), Qəbələ - 10 (12)
İkinci "altılıq": Simurq - 23 (13), OŞ - 21 (12), Turan, Muğan - 17 (13), Standard - 12 (13), Karvan - 8 (12)
