27 mart 2010 15:05
Subaşiç Böyük oyun barədə
Azərbaycan yığmasının və Neftçinin keçmiş hücumçusu Branimir Subaşiç XL – Neftçi oyunu barədə fikirlərini bildirib.
“Bilirəm ki, Xəzər ikinci yerdə qərarlaşıb, Neftçi isə ondan bir qədər geridədir. Amma belə oyunlarda turnir vəziyyəti heç nəyi həll etmir. Təsəvvür edirəm, Lənkəranda necə isti olacaq” – azerisport.az-ın müxbiri ilə söhbətində Subaşiç belə deyib.
