Bakının baş məşqçi əvəzi itkilərdən şikayətləndi
Bakının baş məşqçi əvəzi Məqsəd Yaqubəliyev klub rəsmi saytına açıqlamasında bildirib ki, Qəbələ ilə oyun ərəfəsində kadr probmləri ilə üzləşib.
"Məşqlərimiz əvvəlki qaydada davam edir. Son hadisələr komandaya müəyyən qədər təsir etdi. Qarşıda bizi çətin oyunlar gözləyir. Zədə və ya üzrlü səbəbdən əsas heyətdə bir sıra itkilər var. Lakin onların yerini dolduracaq futbolçularımız var. Sevindirici haldır ki, uzun zaman xəstə olan Əhməd Ticani və Allan Vanqa artıq bizə kömək edəcək vəziyyətdədirlər. "Altılıq"da zəif komanda yoxdur. "Qəbələ"nin son oyunda əzmkarlıqla qələbə qazanması onların potensialını üzə çıxarır. Hər rəqib üçün başağrısı ola bilərlər. Biz öz istədiyimiz oyunu qurmağa və bizə lazım olan nəticəni qazanmağa çalışacağıq" – azerisport.az xəbər verir ki, Yaqubəliyev belə deyib.
