27 mart 2010 16:25
Yığmanın hücumçusu klubunu tərk edəcək
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Srvena Zvezdadan ayrılacaq. Azerisport.az xəbər verir ki, bunu müxbirimizlə söhbətində futbolçu özü deyib: “Heç nə dəyişməyib. Baş məşqçi gənclərə şans verir, təcrübəli oyunçulara isə güvənmir. Bura gələndə böyük planlar qurmuşdum. Amma alınmadı. Heç vaxt belə durumla qarşılaşmamışam. Klubun mənə müəyyən qədər borcu var. Onu alıb müqaviləmi qarşılıqlı şəkildə pozacam”.
