27 mart 2010 17:20
Böyükhesablı məğubiyyətin səbəbini baş məşqçi nədə görür?
Qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Çexiya oyunundan sonra millimizin baş məşqçisi Şamil Heydərov fikirlərini bildirib.
“Bu komanda cəmi ay yarımdır ki, formalaşdırılıb. İstədiyimiz oyunu nümayiş etdirmək üçün futbolçular öz üzərində daha çox işləməlidir. Bunun üçün zamana ehtiyacımız var” – azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Heydərov belə deyib.
