27 mart 2010 18:10
Bülənt Qorxmazı Yılmaz Vural əvəzləyə bilər
Bülənt Qorxmazın istefasından sonra Bakının vakant qalmış baş məşqçi postunu onun həmyerlisi tuta bilər. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi Yılmaz Vuralla təmasa keçib. Türkiyə superliqasında bir çox klublarda işləmiş, hazırda isə Kasımpaşanı çalışdıran Vural razılıq verərsə, bu mövsüm başa çatandan sonra iş başına keçəcək.
