27 mart 2010 18:40
Çxadadze narazı deyildi, amma şikayətləndi
Qarabağ – İnter matçından sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Çxadadze narazı görünmürdü.
“Oyun gözlənildiyi kimi maraqlı alındı. Meydançanın pis vəziyyətdə olmasına baxmayaraq, azarkeşlər, məncə, görüşdən zövq aldılar. Hakimlik barədə danışmağı çox sevmirəm, amma referi bu gün oyunun ipini əldən buraxdı. Öz komandamın oyunundan razı qaldım” – azerisport.az xəbər verir ki, Çxadadze belə deyib.
