27 mart 2010 18:45
"İkinci hissədə bir qədər özümüzə gəldik"
Qarabağın baş məşqçisi Qurban Qurbanov İnterlə oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, mütəxəssis meydançanın pis vəziyyətini önə çəkib: “Rəqib taktikada dəyişiklik etmişdi, buna hazır deyildik. Buna görə də birinci hissədə müəyyən problemlərimiz var idi. İkinci hissədə bir qədər özümüzə gəldik və bir xalı xilas etdik. Meydança da pis vəziyyətə idi. İnanıram ki, havalının istiləşməsi ilə qazonun da durumu yaxşılaşacaq”.
