27 mart 2010 18:55
Kiçik Diniyev də Terekə kömək etmədi
Bu gün Premyer Liqanın Gənclər komandalarının Rusiya çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, səfərdə Rubinlə qarşılaşan Terekin əvəzediciləri 0:2 hesabı ilə məğlub olublar. Start heyətində meydançaya çıxan həyerlimiz Kərim Diniyev (Terekin əsas komandasının məşqçisi Şahin Diniyevin oğlu) fasilədə əvəzlənib. Qeyd edək ki, kazanlılar hər iki qolu birinci hissədə vurublar.
