27 mart 2010 19:19
Roman Pokora: Tovuza qələbə dalınca gəlmişdik
Turan – Simurq matçından sonra qonaqların baş məşqçisi Roman Pokora oyun barədə fikirlərini bölüşüb. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, ukraynalı mütəxəssis belə deyib: "Komandam bir çox oyunçularla yollarını ayırıb. Uzun yol qət eləyib Tovuza gəlmişdik ki, qələbə qazanaq. Təəssüf ki, bunu bacarmadıq. Bugünku oyunda Turan çox gözəl futbol oynadı, azarkeşləri də komandanı əlavə ruhlandırırdı. Əvvəlki günlərə nisbətən stadionun vəzziyəti yaxşıdır".
