27 mart 2010 19:25
Turanın çalışdırıcısı oyunçularına təşəkkür etdi
Turanın baş məşqçisi Nizami Sadıqov Simurqla evdə heç-heçədən razı qalıb, PFL-in rəsmi saytı bildirir.
"Gözəl oyuna görə futbolçularıma təşəkkür edirəm. Demək olar ki, "Simurq"a heç bir şans vermədik, üstünlük bizim tərəfimizdə oldu. Oyunun sonlarına yaxın 3-4 dəfə qol vurmaq şansımız olsa da, təəssüf ki, bu imkanlardan istifadə edə bilmədik. "Simurq" bu gün müdafiə futbolu oynadı və qapısının toxunulmazlığını qoruya bildi" – azerisport.az xəbər verir ki, Sadıqov belə deyib.
