27 mart 2010 19:48
Lənkəranda qalmaqal: azarkeş meydana çıxıb hakimə zərbə endirdi!
Lənkəran Mərkəzi stadionunda bu dəqiqələrdə davam edən XL – Neftçi matçı bir neçə dəqiqəlik dayandırılıb. Azerisport.az xəbər verir ki, buna səbəb bir azarkeşin meydançaya çıxması və matçın referisi Əfqan Həmzəyevə zərbə endirməsi olub. Mühafizə xidməti həmin azarkeşi meydançadan uzaqlaşdırıb və matç bərpa edilib.
