27 mart 2010 22:03
Mircavadov mətbuat konfransına gəlmədi, XL hakimdən narazı qaldı
Matçdan sonra keçirilən mətbuat konfransına Xəzər Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadov gəlməyib. Azerisport.az xəbər verir ki, klubda bunu mütəxəssisin oyundan sonra səhhətinin pisləşməsi ilə əlaqələndirdilər.
Baş məşqçini jurnalistlərlə göüşdə əvəz edən məşqçi Tofiq Mustafayev isə hakimlikdən narazı qaldıqlarını bildirib: “Neftçinin oyunu xoşuma gəldi. Biz isə futbolçuları bir qədər sakitləşdirməli və irəliyə baxmalıyıq. Hakimlər haqqında danışmaq istəmirəm. Bircə onu deyim ki, onlar bütün oyunu məhv etdilər. İnsanların əsəbləri ilə oynamaq olmaz”.
