27 mart 2010 00:12
Georgi Nikolov: Kanal özü bilməlidir ki, bu oyun azarkeşlərə maraqlıdır
İnterin prezidenti Georgi Nikilov bildirib ki, Qarabağ – İnter oyununun yayımlanmamasına təəssüflənir.
“Bilirsiniz, televiziyanın işlərinə qarışa bilmərik. Onlar özləri bilməlidir ki, bu oyun azarkeşlər üçün maraqlıdır. O başqa məsələ ki, meydan sahibləri bu işlə məşğul olmaq istəyirmi? Axı biz növbəti oyunda qonaq qismində çıxış edirik. Ümumiyyətlə, kanalın işinə qarışmaq istəmirəm. Qoy, nə istəyirlər, göstərsinlər” – azerisport.az xəbər verir ki, Nikolov belə deyib.
