27 mart 2010 00:14

Yalnız Azərbaycanda, yaxud Texniki problemlər səbəbdirmi?

Azərbaycanda analoqu olmayan hadisə baş verib: futbol üzrə ölkə çempionatının bir nömrəli qarşıdurması canlı yayımlanmır! Azerisport.az bu faktı əsas götürərək, bir daha “Unibank” Premyer Liqasının yayım məsələlərinə və ümumiyyətlə, “İdman Azərbaycan”ın proqram siyasətinə toxunur.

Bu gün gündüz saatlarında “İdman Azərbaycan” telekanalı futzal üzrə 2010-cu il Avropa çempionatının finalının - İspaniya – Portuqaliya matçının videoyazısını azarkeşlərə təqdim etdi. Auditoriya hər zaman fərqli şeylər tələb edir, üstəlik, ictimai rəy də çox vaxt yanlış olur. Bunu jurnalistlər özləri də bilirlər. Bununla belə, mətbuat işini məhz bu istiqamətdə qurur. Jurnalistika ictimai rəy yaradır. Öz növbəsində, iş prinsiplərini müəyyənləşdirərkən, artıq formalaşdırılmış ictimai rəyi əsas götürür. Bax, belə bir qapalı dairə.

Amma biz inanmırıq ki, hansısa idman azarkeşi futzal üzrə AÇ-2010-un final matçına bir daha, videotəkrarda baxmaq istəsin. Yox, təbii, belə adamlar var, amma onların sayı rəyləri nəzərə alınmayacaq qədər kiçikdir. Bir də ki, Azərbaycanın iştirak etmədiyi, özü də çox populyar olmayan idman növündən oyun axı necə böyük auditoriyaya maraqlı ola bilər?

Bu yayımın səbəbləri sadədir: efir vaxtını doldurmaq lazımdır. Bunun üçün verilişlərə gərək var. “İdman Azərbaycan” isə, deyəsən, bu mənada tənbəllikdən əl çəkə bilmir. Kanalda idman efirinə xas müəllif verilişlərinin sayı sıfır həddindədir. Analitikaya isə, ümumiyyətlə, ras gəlmək mümkün deyil...

Lakin gəlin, bütün bunları kənara qoyaq. Bax, biz futbolun kütləviləşdirilməsindən və inkişafından danışırıq. Siz deyin: televiziyanın faəl iştirakı olmadan buna necə nail olmaq mümkündür? Cavab: heç cür. Bu gün isə televiziya, faktiki olaraq, nəzarətçi funksiyasını daşıyır.

Bu tur “Unibank” Premyer Liqasının cəmi bir oyunu – Bakı – Qəbələ matçı azarkeşlərə canlı yayımda təqdim olunacaq. Yumşaq desək, digər iki görüşlə - Qarabağ – İnter, Xəzər Lənkəran – Neftçi - müqayisədə heç də böyük auditoriya toplayacağı gözlənilməyən qarşılaşma. Bunun səbəbini kanalın direktoru Elsevər Dünyamalıyev azerisport.az-a açıqlayıb və siz asanca onun sözlərini saytımızdan tapa bilərsiniz. Amma problem bu deyil. Problem kanalın işinə hətta bütün bu texniki nasazlıqlar olmadan belə məsuliyyətsiz yanaşmasıdır.

“Yayım toru”nun anlaşılmaz şəkildə qurulması, reportajların müasir standartlardan çox-çox uzaq olması və digər keyfiyyət problemləri barədə artıq danışmışıq. Lakin Azərbaycanın futbol azarkeşi XL – Neftçi oyununu mütləq canlı yayımda izləmək istəyir. Və onu hər hansı texniki problemlər maraqlandırmır. O hətta televizoyun səsini alıb, şərhçiyə qulaq asmadan da matçı izləyə bilər. Bu onun seçimidir

Bu gün isə Azərbaycan azarkeşi ölkənin bir nömrəli oyununu izləmək imkanından məhrumdur. Futbolun kütləviləşdirilməsinə və inkişafına cavabdeh olan qurumlar yaxşı-yaxşı fikirləşsin...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.