27 mart 2010 00:23
Tahir Süleymanov: Televiziya futbolun inkişafına dəstək verməlidir
Neftçinin vitse-prezidenti Tahir Süleymanov hesab edir ki, birinci “altılığ”ın bütün oyunları televiziya vasitəsilə canlı yayımlanmalıdır.
“Xəzər Lənkəran – Neftçi oyununun yayımlanmamasının səbəbini bilmirəm. Bu, böyük oyundur və bütün ölkə onu gözləyir. Telekanallar bu cür oyunları mütləq göstərməli və futbolun inkişafına dəstək olmalıdırlar. Ümumiyyətlə, gərək ilk “altılığ”ın bütün oyunları yayımlansın. Bunun üçün uyğun vaxt tapmaq olar. Çox təəssüflənirəm ki, görüşü yalnız stadiona gələcək 15 min adam izləyəcək. Qalan azarkeşlər isə matça baxa bilməyəcəklər” – azerisport.az-ın müxbiri ilə söhbətində Süleymanov belə deyib.
