28 mart 2010 01:40
Araz yarımfinalda İspaniya çempionu ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının “Dördlər finalı”na vəsiqə qazanan Arazın yarımfinaldakı rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, naxçıvanlılar İspaniya çempionu İntervyu ilə qarşılaşacaqlar. Digər yarımfinal cütündə Luparense (İtaliya) və Benfika (Portuqaliya) qarşılaşacaqlar. “Dördlər finalı”nın oyunları aprelim 23-25-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.
Qeyd edək ki, mini-turnirin püşkatması bu gecə Bakı vaxtı ilə saat 01:00-da, Portuqaliya Superliqasının Benfika – Braqa matçının fasiləsində atılıb. Püşkatmanı əfsənəvi Eysebio keçirib.
