28 mart 2010 01:45
Vaqif Cavadovun rəqibi 4 dəqiqəyə het-trik etdi
Hollandiya çempionatının 29-cu turunda evdə Sparta ilə qarşılaşan Tvente rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, hər üç qola kosta-rikalı hücumçu Brayan Ruiz imza atıb. Futbolçu 46, 49 və 50-ci dəqiqələrdə fərqlənib. Zədəsini yenicə sağaldan Vaqif Cavadovun adı yenə iştirak ərizəsinə salınmayıb.
Bu qələbədən sonra enshedelilər ən yaxın izləyici Ayaksla xal fərqini 7-ə yüksəldiblər. Hərçənd, Amsterdam klubunun ehtiyatda hələ bir oyunu var.
