28 mart 2010 14:46
Yarımfinalların və finalın vaxtı dəqiqləşdi
Futzal üzrə UEFA Çempionlar Liqasının “Dördlər finalı”nın yarımfinalında Araz - İntervyu oyunu aprelin 23-də, Bakı vaxtı iləsaat 21:00-da başlayacaq. Azerisport.az xəbər verir ki, həmin gün, Bakı vaxtı iləsaat 23:30-da, digər yarımfinal cütlüyündəPortuqaliyanın Benfika vəİtaliyanın Luparense komandaları finala yüksəlmək uğrunda mübarizəaparacaq.
Üçüncü yer uğrunda oyun aprelin 25-də, Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşması isə həmin gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bütün oyunlar Lissabondakı «Pavilyau du Atlantiku» kompleksində keçiriləcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
