28 mart 2010 17:57
Bakı real imkanı əldən buraxdı (YENİLƏNDİ)
Bu gün Unibank Premyer Liqasında 25-ci turun daha iki oyunu keçirildi. Azerisport.az xəbər verir ki, iki görüş Bakıda baş tutdu.
Bakı – Qəbələ 1:1
Tofiq Bəhramov adına Respublika stadionunda Qəbələni qəbul edən Bakı ilk dəqiqələrdən süst təsiri bağışlasa da, 20-ci dəqiqənin tamamında hesabda önə keçə bilib. Aleksandr Şoliç gözəl qola imaz atıb. Qeyd edək ki, bu oyunda qələbə Bakını 3-cü pilləyə çıxara bilər. Fasiləyə komandalar meydan sahiblərinin minimal üstünlüyü ilə yollandılar. Lakin hesab bərabərləşdi. Paşayev qonaqları məyus etdi - 1:1.
Matç elə bu hesabla da başa çatdı.
OŞ – Karvan 0:0
Şəfa stadionunda keçirilən qarşılaşmada hesab açılmadı.
Turnir vəziyyəti:
Birinci "altılıq": İnter - 22 xal, XL - 19, Qarabağ, Neftçi, Bakı - 16, Qəbələ - 11.
İkinci "altılıq": Simurq - 23, OŞ - 22, Turan, Muğan - 17, Standard - 12, Karvan - 9.
