28 mart 2010 14:57
Kapitan nikbin və sakitdir
Son turlarda Bakını kapitan sarğısı ilə meydançaya çıxaran Elvin Əliyev klubun rəsmi saytına açıqlama verib.
“Məşqlərimiz yüksək səviyyədə davam edir. Baxmayaraq ki, baş məşqçimiz postundan istefa verib. Əlbəttə, hamımız buna üzgünük. Bununla bərabər, yolumuza davam etməliyik. Qarşımıza qoyduğumuz məqsədə - çempionluğa yüksəlmək və kuboka yiyələnmək üçün meydanda əlimizdən gələni edəcəyik. Bütün oyunlara qələbə əzmi ilə çıxırıq. “Qəbələ” ilə oyun da istisna olmayacaq. Sabahkı məqsədimiz gözəl oyun və 3 xaldır” – azerisport.az xəbər verir ki, Əliyev belə deyib.
