28 mart 2010 15:05
Qalatasaray: derbiyə köhnə-yeni prezidentlə (FOTO)
Dünən Qalatasaray İdman Klubunda prezident seçkiləri keçirilib. Azerisport.az Türkiyənin Ajansspor.com saytına istinadla xəbər verir ki, Qalatasaray litseyinin “Tevfik Fikrət Salonu”nda baş tutan tədbirə namizəd kimi iki nəfər qatılıb: hazırki prezident Adnan Polat və onun rəqibi Adnan Öztürk.
5277 klub üzvünün səs verdiyi konqresdə yalnız 43 səs etibarsız sayılıb. Nəticədə isə 2944 səs toplayan Polat rəqibi Öztürkü (2290 səs) qabaqlayıb və ardıcıl ikinci dəfə Qalatasarayın prezidenti seçilib. O, həmçinin İstanbul superklubunun 95-ci dönəm prezidenti olub.
