28 mart 2010 15:09
“Qəbələ ilə matçın çətin olacağı şübhə doğurmur”
Bakının əsas qapıçısı Marko Şarliya bildirib ki, Qəbələ çox ciddi rəqibdir.
“Futbol bizim işimizdir. Məşqlərə çox ciddi yanaşırıq, hazırlıq prosesində bütün gücümüzlə çalışırıq. “Qəbələ” ilə matçın çətin oyun olacağı şübhə doğurmur. Yeganə məqsədimiz qələbə qazanmaqdır. Sabah meydanda canımızı qoyacağıq. Düzdür, heç kim əvvəldən deyə bilməz ki, yüz faiz qələbə qazanacağıq. Amma hamımızın məqsədi məhz uğurlu çıxış edib, istədiyimiz nəticəni qazanmaqdır” – azerisport.az xəbər verir ki, futbolçu klubun rəsmi saytına açıqlamasında belə deyib.
