28 mart 2010 22:10
Ramiz Məmmədov Bakı ilə heç-heçəyə təəssüfləndi
Qəbələnin baş məşqçisi Ramiz Məmmədov Bakı ilə görüşdə əldə edilən 1 xaldan razı qalmayıb.
“Təəssüf ki, iki xal itirdik. Bakıya qələbə dalınca gəlmişdik və bunu əldə edə bilmədiyimizə görə heyfsilənirəm. Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq” – azerisport.az xəbər ki, Məmmədov belə deyib.
