28 mart 2010 22:17
Şahin Diniyevin komandası məğlubiyyətsiz irəliləyir
Həmyerlimiz Şahin Diniyevin məşqçi kimi çalışdığı Terek bu gün Rusiya premyer liqasının 3-cü turunun oyununa çıxıb. Azerisport.az xəbər verir ki, səfərdə ikiqat ölkə çempionu Rubinlə qarşılaşan qroznılılar vacib 1 xal qazanıblar – 0:0.
Qeyd edək ki, artıq başa çatan 3-cü turun oyunlarından sonra Terek 5 xalla 6-cı, Mahir Şükürovun komandası – Anji isə 1 xalla 14-cü pillədə qərarlaşıb.
