28 mart 2010 23:02
Superderbidən Fənər qalib çıxdı (FOTO)
İstanbul superderbisi başa çatdı. Azerisport.az xəbər verir ki, 364-cü derbi qarşılaşmasında 3 xalı bayram edən tərəf Fənərbaxça oldu. Derbilərdə “sarı-lacivərdlilər”138-ci qələbəni gətirən qola 70-ci dəqiqədə təxminən 35 metrdən möhtəşəm zərbə ilə Səlçuk Şahin imza atdı. Qolda qapıçı Leo Frankonun da səhvi vardı.
