28 mart 2010 00:03

Ehtiras dolu oyun

“Unibank” Premyer Liqasının Final mərhələsinin iki ən prinsipial qarşılaşmalarından biri bu gün Lənkəranda baş tutdu. Digəri Bakıda keçiriləcək və orada da Xəzər Lənkəranla Neftçi qarşılaşacaq.

Azerisport.az təkrarçılığa yol verməkdən qorxmayaraq, bir daha bəyan edir: Azərbaycan çempionatının yayım hüququna yiyələnən kanallar futbol azarkeşini sözün əsl mənasında Böyük oyundan məhrum etdilər. Düzdür, hesaba baxıb, “əşi, 0:0-la nə Böyük oyun?” deyənlər tapılacaq. Amma inanın ki, futbol yalnız qol və hesab deyil. Futbol daha geniş anlayışdır. Futbol ehtirasdır. O ehtiras ki, hələ Azərbaycana tam çatmayıb. Bununla belə, gec-tez çatacaq. Və bugünkü XL – Neftçi dueli bu ehtirasın bir qığılcımı idi.

İndi FİFA, UEFA və onların nəzarətində olan yerli futbol qurumları dələduz azarkeşlərə qarşı ciddi mübarizəyə başlayıblar. Ola bilər, bu gündən AFFA da başlayacaq. Amma bəlkə tələsməyək? Bəlkə futbol azarkeşlərinin bir qədər hisslərə qapanmasına icazə verək? Bəlkə bu icazə ilə futbolun Azərbaycan xalqının gündəlik həyatının, məişətinin bir parçası olmasına şərait yaradaq?

Əlbəttə, nə hakimlərin, nə futbolçuların, nə də azarkeşlərin özlərinin sağlamlığı hər hansı bir oyunla müqayisəyə gələ bilməz. Futbolda faciə baş verməməlidir, çünki bu halda o, “dost”dan “düşmən”ə çevrilər. Gəlin, faciələrə imkan verməyək, amma azarkeşləri də bir “futbol institutu” kimi qəbul edək. Lənkəranlı fanatlar artıq bütün Azərbaycan azarkeşlərindən bir addım irəli gedə biliblər. Və nə qədər təəccüblənib hiddətlənsəniz də, bu özünü məhz hakimlər briqadasının başına yağan plastik oturacaqlarda, Neftçinin avtobusuna tərəf atılan daşlarda göstərir.

Lənkəran azarkeşi futbolla alışıb-yanır. Bu, təhlükəli oyundur, amma gözəldir. Məgər biz heç stadiona gedib orada “məzar səssizliyi”nə qulaq verib təəssüflənməmişikmi? Təəssüflənmişik. Və əminik ki, hər birimiz televiziyada komandasından ötrü tribunaları dağıdan, aclıq çəkən, şəhər rəhbərliyi əleyhinə etiraz aksiyaları keçirən azarkeşlərə baxıb paxıllıq hissi keçirmişik.

Sadəcə, xuliqanları fanatlardan ayıraq, ayırmağı bacaraq. Bu elə də asan deyil, amma işi elə xuliqanları yaxalamaq olan hüquq-mühafizə orqanları üçün çətinlik törətməməlidir. PFL və klublar bu orqanlarla birgə fəaliyyət göstərməlidir. Məhz o birgə fəaliyyətin nəticəsi kimi biz azarkeş dələduzluğuna son qoya biləcəyik...

Amma gəlin, Böyük oyunu qalmaqala qurban verməyək. Lənkəranda futbol var idi, sözün əsl mənasında futbol. Və hesab meydançada olanları əks etdirmir. Bu gün böhrandan çıxa bilmədiyi ehtimal olunan Neftçinin güclü Xəzərə göstərdiyi müqavimət çox şeydən xəbər verir. İndi daha bir möhtəşəm qarşılaşmanı Bakıda izləyəcəyik. İnanaq ki, paytaxtda da Lənkərandakı ehtirası görəcəyik.

Xuliqanlığa, hakim səhvlərinə, qalmaqallara fikir verməyin. Bütün bunlar Böyük oyunların bir parçasıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.