28 mart 2010 00:19
AÇ üçün 5 stadion tapmaq mümkün olacaqmı?
UEFA İsraildə baş tutan növbəti Konqresindən qayıdan AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, 2012-ci ildə Azərbaycanda keçiriləcək gənc qızlar arasında Avropa Çempionatına qədər ölkəmiz stadion problemini həll edəcək.
“Yarış avqust ayında, 5 arenada keçirilməlidir. Ona qədər stadion problemini yoluna qoyacağıq. Bundan əlavə, yarışın keçirilməsi ilə bağlı Konqresdə çox şey öyrəndik” – deyə Məmmədov azerisport.az-ın müxbiri ilə söhbətində bildirib.
