28 mart 2010 00:28

Neftçiyə minnətdar olanlar

Tura XL – Neftçi matçı təsadüf etdiyinə görə digər oyunlar bu görüşün kölgəsində qalsa da, məsələn, Qarabağ – İnter qarşıdurması az əhəmiyyət daşımadı.

Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qocalmaq bilməyən Aslan Kərimovun qolu məğlubiyyətdən qaçdılar, bununla da ardıcıl 3 oyun davam edən məğlubiyyət seriyasına son qoydular. Amma bu, Qarabağın bütün problemlərinin geridə qalması anlamına gəlməməlidir. Komandanın fiziki durumu ürəkaçan deyil. Futbolçular artıq yorulub. Və İnterin Quzanlıdan qələbə ilə dönə bilməməsi yalnız öz səhvləri ilə əlaqədardır.

Hərçənd, Kaxaber Çxadadzenin yetirmələrinin oyununu da möhtəşəm alınmadı. İnterin bu tur çıxışı da böyük suallar doğurdu. Düzdür, səfərdə məğlub olmamaq həmişə yaxşı nəticə hesab olunur, amma Xəzər Lənkəranın İnterə çata bilməməsinə görə “bankirlər” yalnız Neftçiyə minnətdar olmalıdırlar.

İlk baxışdan turnir cədvəlinin yuxarılarında vəziyyət dəyişmədi. Lakin sabah Bakı Qəbələ üzərində qalibiyyətlə liderlərə yaxınlaşa bilər. Qonaqların qələbəsi isə vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək. Yenə də səfərdə məğlub olmayan Neftçinin sayəsində...

İkinci “altılıq”da Simurqun qələbəsiz seriyası davam edir. Cəmi 13-14 az-çox təcrübəli futbolçu ilə qalan Roman Pokora, görünür, yetirmələri üçün lazımi sözlər tapa bilmir. İki ay əvvəl Simurqun Tovuzdan qolsuz bərabərliklə dönməsi bəlkə də klub üçün faciə sayılardı. Amma indi bu nəticə normal qarşılanır. Sabah hətta Olimpik-Şüvəlan Karvanı məğlub edərək, zaqatalalıları 7-ci pillədən sıxışdırsa belə, bu qorxulu görünməyəcək. 7 və ya 8-ci yer, nə fərqi var?

Bu gün həmçinin Muğanın Standard üzərində vacib qələbə qazandığı və təhlükəli zonadan bir qədər uzaqlaşdığını qeyd etmək olar. Standard isə, deyəsən, ümidini çoxdan itirmiş Karvana yoldaş olmaq “əzmindədir”. Hər halda, xilasedici 10-cu pillə ilə xal fərqi artıq 5-ə bərabər olub...

 

"Unibank" Premyer Liqası, 25-ci tur

Qarabağ – İnter 1:1

Muğan – Standard 1:0

Turan – Simurq 0:0

XL – Neftçi 0:0

 

Turnir vəziyyəti

Birinci "altılıq":İnter - 22 xal (13 oyun), XL - 19 (13), Qarabağ, Neftçi  - 16 (13), Bakı - 15 (12), Qəbələ - 10 (12)

İkinci "altılıq":  Simurq - 23 (13), OŞ - 21 (12), Turan, Muğan - 17 (13), Standard - 12 (13), Karvan - 8 (12)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.