29 mart 2010 01:01

İki derbi, iki həyəcan, bir sevgi

Türk dünyasının ən böyük derbisi başa çatdı. Azərbaycan azarkeşinin hər zaman maraqla izlədiyi Qalatasaray – Fənərbaxça matçı bu gün də ölkəmizdə böyük ajiotaja səbəb oldu.

Azerisport.az xəbər verir ki, bu sətirlərin müəllifi özü Azərbaycan futbol azarkeşlərinin matçı nə qədər səbrsizliklə gözlədiyinin şahidi oldu. Bakı vaxtı ilə təxminən saat 20:00-dan etibarən şəhərin mərkəzində axtarışlara başlayan bir qrup gənc azarkeş kafe və restoranlarda bir dənə də olsun boş yerə tapa bilmədi. Axtarışlar təxminən saatyarım – matçın 30-cu dəqiqəsinə qədər davam etdi, amma nəticəsiz qaldı...

Bu yerdə yada XL – Neftçi görüşü düşdü. Onsuzda milli miqyasda gözəl matçlara “bayramdan bayrama” şahidlik edən Azərbaycan azarkeşini Böyük oyuna həsrət qoydular. Və yuxarıda xatırlanan yoldaşların kafelərdə boş yer tapa bilməməsinə baxmayaraq, Bakıdan yüzlərlə kilometr uzaqda yerləşən İstanbulda keçirilən matçı ölkəmizdə daha çox azarkeş izlədi. Buradan-bura, cəmi 300 km-likdəki Lənkərandan isə canlı yayım hazırlamaq problemə çevrildi. Sevmirik biz öz futbolumuzu. O da bizi sevindirməyəcək...

Qalatasaray – Fənərbaxça görüşündə ilk baxışdan bu cür superderbiyə bir qədər yad anlayış təsiri bağışlayan dostluq var idi. Hətta “sarı-lacivərdlilər”in “Əli Sami Yen”dən zəfərlə ayrılması belə çılğın türk fanatlarını “sərhəd”i keçməyə vadar edə bilmədi. Bir neçə gün öncə dünyasını dəyişmiş Qalatasarayın keçmiş prezidenti Özhan Canaydının xatirəsini stadionun həm sarı-qırmızılı, həm də sarı-lacivərdli hissəsi dərin hüzn və böyük hörmətlə yad etdi. Fənər azarkeşlərinin bu centlmenliyi hələ uzun müddət Türkiyənin yaddaşında qalacaq...

...Lənkəranda isə hakimi kötəklədilər. Sayılmayan iki qol, təyin olunmayan bir penalti böyük qalmaqala, insidentə, söyüş və döyüşə səbəb oldu. Nəticədə lənkəranlı azarkeşlərdən birinin atdığı daş Neftçinin futbolçusu Adrian Nyaqanı zədələdi. Amma Xəzər Lənkəran futbol klubu da centlmenliyindən qalmadı və nəticədə, bəlkə də dünya futbolu tarixində ilk dəfə bir komanda doğma şəhərinə əzəli rəqibinin avtobusunda yollandı!

İstanbul superderbisindən fantastik ab-hava vardı. Yüksək səviyyəli ustalar fantastik futbol göstərdilər. Səlçuk Şahin fantastik qola imza atdı və komandasına son illərin derbisində fantastik üstünlük gətirdi: 11 oyun, 9 qələbə, 1 heç-heçə və cəmi 1 məğlubiyyət!

Azərbaycanın Böyük oyununda qol yox idi. Hakim səhvləri var idi. Əsəb, gərginlik, ehtiras var idi. Heç vaxt sülhsevərliyi ilə seçilməyən möhtəşəm Qalatasaray – Fənərbaxça qarşıdurmasının ilk illləri də belə keçib. XL – Neftçi mücadiləsi də, ümid edək ki, uzun tarixinin ilk illərini yaşayır. Sadəcə, zorakılıq olmasın. Qırılan və meydançaya atılan kreslolar isə, nə qədər xoşagəlməz olsa da, müasir futbolun bir parçasıdır.

...Azərbaycan futbol azarkeşlərinin bir qismi Cim-Bom – Fənər qarşıdurmasını siqaret tüstüsündən boğula-boğula, dar, 10 kvadrat metrlik kafelərə 100 nəfərin doluşduğu şəraitdə izlədi.

...Azərbaycan futbol azarkeşlərinin bir qismi XL – Neftçi matçından internet-kafelərdə, evdə kompüter qarşısında, mobil telefon vasitəsilə xəbər tutdu.

Onları futbol birləşdirdi!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.