29 mart 2010 13:48
"Çempionatının və Kubokun bütün oyunları canlı yayımlanmalıdır"
Azerisport.az-da sorğu başa çatıb.
Bir neçə gün ərzində “Azərbaycan telekanallarında ölkə futbolunun yayımı sizi qane edirmi” sualını cavablandıran oxucuların böyük əksəriyyətinin cavabı mənfi olub. Onların 71%-i hesab edir ki, ölkə çempionatının və Kubokun bütün oyunları canlı yayımlanmalıdır.
Maraqlıdır ki, cavablar arasında ikinci ən çox səs toplayanı – 18% – ən skeptik variant olub: “Onsuz da heç nə dəyişməyəcək”. 5% respondent “ölkə futboluna kifayət qədər yer verildiyini”, bir o qədər isə “futbola stadionda baxmağın lazım olduğunu” hesab edir. Və cəmi 1 nəfər Azərbaycan futbolunu TV-də izləmir.
