29 mart 2010 15:01
Arazın baş məşqçisi püşkdən tam razı qalmayıb
UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda İspaniyanın İntevryu klubuna rəqib olan Arazın baş məşqçisi Joze Alessio da Silva azerisport.az-a müsahibəsində püşkün nəticələrini dəyərləndirib.
“Püşk bizim üçün daha uğurlu ola bilərdi. Hər halda, İntervyu İspaniya və Braziliya yığmalarının oyunçularından qurulub. Bununla belə, matça ciddi hazırlaşırıq. Meydançaya çıxıb finala vəsiqə uğrunda mübarizə aparmaqdan başqa çarəmiz yoxdur. Rəqibi asan gəzinti gözləmir” – deyə da Silva bildirib.
