29 mart 2010 15:49
Qarabağ AzTV və İdman Azərbaycanı tənqid etdi
Qarabağın icraçı direktoru Əmrah Çəlikəl bildirib ki, AzTV və ya İdman Azərbaycanın Qarabağ – İnter görüşünü yayımlamaması onları təəssüfləndirib. Bununla belə, azerisport.az xəbər verir ki, Çəlikəl heç nəyin onlardan asılı olmadığını söyləyib.
“Onsuz da Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda klublar yayıma görə pul qazanmır. Həmişə AzTV və İdman Azərbaycanın oyunlarımızı canlı vermələri üçün şərait yaratmışıq, nə istəyiblərsə, vermişik. Niyə biz onları həmişə axtarmalıyıq? Harda görünüb ki, matçın yayımlanması üçün klub əl-ayağa düşsün?
İstəmirlərsə, verməsinlər. Amma bilsinlər ki, özbaşınalıq deyil. Lazım gəlsə AFFA və PFL-ə şikayət edəcəyik” – deyə “Futbol+” qəzetinə müsahibəsində Çəlikəl bilidirib.
