29 mart 2010 17:34
Hakimlər Komitəsi Həmzəyev barədə qərarını verdi
Hakimlər Komitəsi Əfqan Həmzəyevin qərarlarına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, komitə rəhbəri Xaqani Məmmədov referinin bütün qərarlarının düzgün olduğunu söyləyib: “Videoyazıya bir neçə dəfə baxdıq. Xüsusilə mübahisəli məqamları izlədik. Hakimin oyunun nəticəsinə təsir göstərəcək bir dənə də olsun səhvə yol verməyib. Xəzər Lənkəranın bəyanatlarına heç cavab da vermək istəmirəm”.
