29 mart 2010 17:40
Araz müdafiə xəttini gücləndirdi
UEFA Çempionlar Liqasının “Dördlər finalı” ərəfəsində təmsilçimiz Araz heyətinə bir neçə futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Rusiya və Ukrayna yüksək liqa klublarında transfer olunan Aleksey Petrov, Konstantin Buşkeviç, Ramiz Mansurov və Roman Sultanovun ampluası müdafiəçidir. Xatırladaq ki, sonuncu vaxtilə Turan AIR klubunun şərəfini qoruyub.
