29 mart 2010 00:01
Ramin Musayev: Əfqan Həmzəyev doğru qərarlar verib
PFL prezidenti Ramin Musayev Xəzər Lənkəranın Neftçi ilə matçdakı hakimliyə etirazına cavab verib. Azerisport.az-a açıqlamasında futbol funksioneri hakimin hər üç mübahisəli epizodda düzgün qərar verdiyini söyləyib.
“Hər üç mübahisəli epizoda baxdım. Hesab edirəm ki, Əfqan Həmzəyev qolları hesaba almamaqla və penalti təyin etməməklə düzgün qərar verib. Xəzər Lənkəran deyil ki, birinci qol qaydalar çərçivəsində vurulub. Amma kim videotəkrara baxsa, görər ki, yan hakim top hələ havada ikən bayrağını qaldırmışdı. O ki qaldı Ağasəlim Mircavadova, o birinci dəfə deyil ki, hakimlərlə mübahisə edir. Ad-san qazanmış məşqçi gərək belə etməsin, axı ona gənc mütəxəssislər baxır” – deyə Musayev bildirib.
