29 mart 2010 00:08
Ağasəlim Mircavadov: Birinci qol təmiz idi
Xəzər Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az-ın müxbiri ilə söhbətdə Neftçi ilə matçda baş hakim Əfqan Həmzəyevin qərarları və oyundan sonra AFFA nümayəndəsi Namiq Məstanovla mübahisəsindən danışıb.
“Hakimlərin sayəsində bütün zəhmətimiz hədər getdi. Birinci qol “təmiz” idi. İkinci qol barədə mübahisə edə bilmərəm.
Bütün oyun boyu AFFA nümayəndəsi ilə mübahisə etdim. Bu, doğrudur. O hər dəqiqə meydançaya çıxıb azarkeşləri təxribata çəkirdi. Azarkeş oyuna gəlib, qışqırmalıdır. Onların əsəbləri ilə oynamaq olmaz. Hesab edirəm ki, hər şeydə günahkar AFFA nümayəndəsidir” – deyə Mircavadov bildirib.
