29 mart 2010 00:14

Müharibə və sülh

Unibank Premyer Liqasında 25-ci tura yekun vuruldu. Vəziyyət belə gətirdi ki, hətta 3 oyunun nəticəsi belə ilk “altılıq”dakı vəziyyəti dəyişmədi.

Azerisport.az xəbər verir ki, bunun əsas səbəbi hər üç qarşılaşmanın heç-heçə başa çatması oldu. Xəzər Lənkəranın Neftçi, İnterin isə Qarabağla görüşlərində xal itirməsindən sonra Bakı paytaxtda Qəbələ qarşısında büdrədi. Və bu böyük gözlənilməzlik olmadı.

Bülənt Qorxmazın gedişindən sonra paytaxtlıların özünəinamının artacağını gözləmək sadəlövhlük olardı. Bu isə, nə qədər qəribə səslənsə də, cari çempionun ən zəif nöqtəsidir. Komanda öz gücünə tam arxayın deyil. Bu səbəbdəndir ki, Bakı bir oyunda fantastik futbol sərgiləyə, digər görüşdə isə durduğu yerdə xal itirə bilər.

Qəbələ ilə qarşılaşmada da “zolaqlılar” uzun müddət hesabda öndə oldular. Amma bu qonaqlara ciddi təsir göstərmədi və öz oyun üslubundan sona qədər çəkilməyən Qəbələ məğlubiyyətdən xilas olmağı bacardı. Hərçənd, matçdan sonra Ramiz Məmmədov iki xal itirdiklərini və bu heç-heçədən təəssüfləndiklərini gizlətmədi.

Deyəsən, Qəbələ hələ çoxlarının “qanının arasına girəcək”. Hər halda, komandanın Simurqun ötənilki uğurunu təkrarkayıb avrokuboklara vəsiqə qazanması o qədər də qeyri-real görünmür.

“Ekvatordan cənubda” – ikinci “altılıq”da isə vəziyyət bir qədər aydınlaşıb. Premyer Liqanı tərk etməyə ən real namizəd olan Karvana Standardın yoldaş olacağı daha inandırıcı görünür. Hər halda, Simurq və OŞ bir qədər rahat nəfəs ala bilər. Turanla Muğan isə təhlükəli 11-ci pillədən 5 xal aralana biliblər.

 

Premyer Liqa, 25-ci tur

Bakı – Qəbələ 1:1
OŞ – Karvan 0:0

 

Turnir vəziyyəti:

Birinci "altılıq": İnter - 22 xal, XL - 19, Qarabağ, Neftçi, Bakı - 16, Qəbələ - 11.

İkinci "altılıq":  Simurq - 23, OŞ - 22, Turan, Muğan - 17, Standard - 12, Karvan - 9.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.