29 mart 2010 12:23
Ağasəlim Mircavadov: Hər şey hələ İnter – Neftçi oyunundan başlamışdı
Xəzər Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadov bu gün Çempion qəzetinə müsahibəsində yenə Əfqan Həmzəyevi tənqidlərə məruz qoyub.
“Neftçi ilə oyunumuzda hakimlərin bütün qərarları qərəzli idi. Özü də bunlar hələ İnter – Neftçi oyunundan başlamışdı. Görmədiniz, Əfqan Həmzəyev orada hansı oyunu çıxardı? Artıq elə şeylər edirlər ki… Lap həvəsdən düşmüşəm. İnanın ki, işləməyə heç həvəs də qalmayıb. Çünki biz futbol oynamağa çıxmışdıq. Qoymadılar” – azerisport.az xəbər verir ki, Mircavadov belə deyib.
