30 mart 2010 14:37
U-17 qalib olmaq istəyir
İtaliyada toplanışda olan və yerli turnirə qatılacaq 17 yaşlılarda n ibarət Azərbaycan yığmasının baş məşqçisi Oliver Pilzer AFFA-nın rəsmi saytına müsahibə verib.
“Komandamı turnirin qalibi görmək istərdim. Amma sözün açığı, biz buraya təlim-məşq toplanışı keçirmək üçün gəlmişik. İtaliyada komandanı komplektləşdirməyəçalışacağıq. Bu səbəbdən bir çox dəyişikliklər etməyi düşünürük. Təbii ki, turnirətam köklənmək çətin olur. Əsas məqsədimiz oktyabrda Portuqaliyada keçiriləcək Avropa çempionatının seçməmərhələsinəhazırlaşmaqdır” – azerisport.az xəbər verir ki,Pilzer belə deyib.
