30 mart 2010 14:40
Yunis Hüseynov: Yalnız qələbə
Karvanın baş məşqçisi Yunis Hüseynov premyer liqada qalmaq uğrunda mübarizə apardıqları Standardla matç öncəsində PFL-in rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Hüseynov bu oyunda onları yalnız qələbənin qane etdiyini bildirib: “Son üç oyunu qolsuz heç-heçə ilə başa vurmuşuq. Müdafiədə inamlı oynasaq da, hücumda yaratdığımız qol imkanlarından istifadə edə bilmirik. Qarşıdakı oyunlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Bundan sonra xal itirə bilmərik. Standardla oyunda bizi yalnız qələbə qane edəcək".
