30 mart 2010 14:46
Türkiyə yığmasında yeni milliləşdirilmiş futbolçular olacaq
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink ABŞ-da keçiriləcək təlim-məşq toplanışından sonra komandanın ciddi analizini aparacaq. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis millinin iki böyük məqsədinin olduğunu bildirib: AÇ-2012-nin final mərhələsinə vəsiqə və AÇ-2016-nın Türkiyədə təşkil olunması. Bundan əlavə, Hiddink millinin heyətinə bir neçə milliləşdirilmiş legionerin cəlb edilməsi də istisna deyil.
