30 mart 2010 15:00

Qurban Qurbanov: Futbolçular Elnurun komandaya qayıtması üçün xahiş etdilər

Qarabağın baş məşqçisi Qurban Qurbanov Elnur Allahverdiyevin yenidən məşqlərə başlamasının səbəblərini açıqlayıb. Azerisport.az bildirir ki, bu heç də futbolçunun bağışlanması ilə əlaqədar deyil.

“Bəli, Elnur heç də xoş olmayan hərəkət etmişdi. Amma o sonradan səhvini başa düşdü.  Problemlərinin olduğunu dedi və hər kəsdən üzr istədi. Futbolçular da Elnurun komandaya qayıtması üçün xahiş etdilər. O, mövsümün sonuna qədər komandada qalacaq. Milli üzvü olmasını da nəzərə aldıq. Yığmanın futbolçunun milliyə fayda verməsi üçün formada qalması lazımdır. Belə məqamda Elnurun milli karyerasına zərbə dəyə bilərdi. Təbii ki, hər kəsin statusu eynidi. Elnurun məşqlərə qoşulması o demək deyil ki, o, mütləq start heyətində meydana çıxacaq. Ən azından daha artıq çalışıb, fomrasını bərpa etməlidi. Müdafiəçi klubdan pul qazanır və bunun qarşılığını ödəməlidi. Mövsümün sonuna kimi Elnur bizimlə qalacaq. Sonrasını mövsüm başa çatdıqdan sonra danışarıq” – klubun rəsmi saytına müsahibəsində Qurbanov belə deyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.