Araz Abdullayevin transferinə nə vaxt aydınlıq gələcək?
Neftçinin və Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin Rubin və ya Evertonu keçid məsələsi açıq qalır. Azerisport.az xəbər verir ki, Netçinin vitse-prezidenti Tahir Süleymanov təklifləri hələ də götür-qoy etdiklərini bildirib.
“Həm Rubin, həm də Evertonda rəsmi təklif almışıq. Həmin məktublarda Arazı nə vaxt göndərmək istədiyimizlə bağlı müvafiq bənd var. Kazan klubu bizi martın 23-də öz şəhərlərinə dəvət edirdi. Amma “altılıq” oyunları ilə əlaqədar təqvimin sıxlığı üzündən bu səfər hələ baş tutmadı. Evertona isə tarixi özümüz deməliyik. Düzü, hələ fikirləşirik. Araz artıq komandanın əsas heyət futbolçusuna çevrilib. Üstəlik, yaxınlarda 18 yaşı da tamam olacaq. Bu, müəyyən problemlər yarada bilər. Ona görə də ən yaxşı qərarı verməyə çalışacağıq” – Futbol+ qəzetinə müsahibəsində Süleyamanov belə deyib.
